İki sığorta şirkəti məhkəmədə çəkişir

İki sığorta şirkəti məhkəmədə çəkişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Sənaye Sığorta” ASC ilə bağlı məhkəməyə müraciət olunub.

Tribunainfo.az xəbər verir ki, sözügedən sığorta şirkəti ilə bağlı iddianı “Bakı Sığorta” ASC qaldırıb. “Azərbaycan Sənaye Sığorta” ilə yanaşı prosesdə Zamanov Bünyad və Məmmədova Şəlalə adlı şəxslər də cavabdeh qismində çıxış edir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Sığorta şirkətləri sığorta müqaviləsi üzrə mübahisə yaşayır.

“Azərbaycan Sənaye Sığorta” ilə bağlı işə növbətin ilin 23 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Ziya Şirinovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən “Azərbaycan Sənaye Sığorta”nın Direktorlar Şirasının sədri Rəşad Bayramov, İradə Heyətinin sədri isə İlkin Mİrzəyevdir.

İddianı qaldıran “Bakı Sığorta”nın Direktorlar Şuarsının sədri Elçin Quliyev, İdarə Heyətinin sədri isə Oqtay Şeydabəyovdur.

Tərəfləri dinləməyə hazırıq.

Roman