İKİ PİLOTSUZ TƏYYARƏ SMOLENSK VİLAYƏTİNDƏ YANACAQ-ENERGETİKA OBYEKTLƏRİNƏ HÜCUM EDİBbackend

İKİ PİLOTSUZ TƏYYARƏ SMOLENSK VİLAYƏTİNDƏ YANACAQ-ENERGETİKA OBYEKTLƏRİNƏ HÜCUM EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki pilotsuz təyyarə Smolensk vilayətində yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Vasili Anoxin teleqram kanalında məlumat verib.

“Bu gün səhər saatlarında Poçinkovski rayonunun Peresna kəndində və Smolensk rayonunun Divası kəndində iki uzaqmənzilli pilotsuz uçuş aparatı yanacaq-energetika kompleksinin obyektlərinə hücum edib. Ölən və xəsarət alan olmayıb”, – o yazıb.

Qeyd olunur ki, obyektlərdə kritik dağıntılar və yanğınlar yoxdur. Fəsadların aradan qaldırılması üçün rayonun əməliyyat xidmətləri yerində işləyir.