backend

İKİ ÖLKƏ YER ÜZÜNDƏN SİLİNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ aprelin 9-da gözlənilmədən Koreya yarımadasının sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupunu göndərdi.  

ABŞ aprelin 9-da gözlənilmədən Koreya yarımadasının sahillərinə “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupunu göndərdi. 

Zərbə qrupu əvvəlcə Avstraliya sahillərinə getməyi planlaşdırsa da, sonradan Sinqapurdan Koreya yarımadasına doğru hərəkət etməyə başlayıb. Zərbə qrupunda “Carl Vinson” təyyarədaşıyandan başqa, iki esmines və idarə olunan raketlərlə təchiz edilən bir kreyser daxildir. Kreyser ballistik raketləri zərərsizləşdirə bilən sistemlə də təchiz olunub.

Şimali Koreya lideri Kim Çen In öz sahillərində ABŞ-ın təyyarədaşıyan zərbə qrupunu qarşılamağa hazırdır. Şimali Koreyanın rəsmi STAK agentliyinin yaydığı məlumata görə, ölkənin silahlı qüvvələri rəqibin istənilən təxribatına cavab verməyə hazırdır. Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyindən bildirilib ki, yarımada sahillərinə Amerika hərbi donanmasının zərbə qrupunun göndərilməsi ABŞ-ın təcavüzkar niyyətlərini göstərir.

“Biz heç vaxt rəhm göstərilməsi üçün yalvarmayacağıq. Güclü silahlarımızın köməyi ilə ciddi əks-tədbirləri qəbul edəcəyik”, – ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Şimali Koreya hesab edir ki, ABŞ-ın Pxenyana qarşı yönələn “ağılsız hərəkətləri” ciddi mərhələyə daxil olub. Pxenyan həmçinin bildirir ki, ABŞ hakimiyyəti hiddətləndirici hərəkətlərinin nəticələri üçün tam ölçüdə cavab verəcək.

ABŞ “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupu Koreya yarımadasının sahillərinə göndərilmədən əvvəl – martda rejimin tədricən boğulmasını nəzərdə tutan iqtisadi metodlardan, yəni “strateji səbr” siyasətindən imtina etdi. Ötən həftə isə Pxenyan ballistik raketin sınağını həyata keçirdi. Cənubi Koreya hərbçilərinin məlumatına görə, bu, orta hərəkət radiuslu “Pukkıkson-2” tipli raketi idi. 60 kilometr uçan raket 189 kilometr maksimal hündürlüyə nail oldu. BMT Təhlükəsizlik Şurasının üzvləri Pxenyanın hərəkətlərindən ciddi narahatlıqlarını ifadə etdilər. Qeyd etdilər ki, bu, beynəlxalq güclərin tələblərinə “fitnəkar” itaətsizlikdir.

Yalnız mart ayında Pxenyan Yapon dənizi istiqamətində dörd ballistik raket sınağını keçirib. Onlardan üçü yapon xüsusi iqtisadi zonasında düşüb. Pxenyan özü isə raket sınaqlarının ABŞ-ın Yaponiya ərazisindəki hərbi bazalarına potensial zərbələrə hazırlıq olduğunu gizlətmir.

Bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster hərbi donanmanın zərbə qrupunun Koreya yarımadası sahillərinə göndərilməsi barədə qərarı qanunauyğun adlandırıb. O vurğulayıb ki, Pxenyanda nüvə arsenalının mövcudluğu qəbuledilməzdir. Trampın məsləhətçisi qeyd edib ki, Donald Tramp Şimali Koreyanın nüvə təhdidinin aradan qaldırılması məqsədilə imkanların bütün spektrini təklif etmək üçün hərbçilərdən hazır olmağı xahiş edib.

Vaşinqtonda ümid edirlər ki, Şimali Koreyanın əsas iqtisadi partnyoru olan Çin diplomatiya və sanksiyalardan istifadə edərək Pxenyanı nüvə proqramının inkişafından imtina etməyə inandıra biləcək. Amma KXDR nüvə proqramının inkişafında israrını davam etdirərsə, ABŞ sözügedən ssanarilərdən birinin tətbiqini nəzərdən keçərəcək.

Şimali Koreya diplomatiyasının fikrincə, amerikalıların hərəkətləri nüvə potensialının gücləndirilməsi kursunu seçən Pxenyanın yalnız haqlılığını təsdiq edir. Bildirilir ki, ABŞ-dan çıxan təhlükə Şimali Koreyanın nüvə və raket proqramlarının inkişafına bəraət verir.

“Yaranmış ağır vəziyyət artıq dəfələrlə sübut etdi ki, Şimali Koreya şəxsi imkanlarla nüvə silahını yaratmaqda haqlıdır”, – KXDR-in Xarici İşlər Nazirliyindən bildiriblər.

Amma dənizdə “Carl Vinson” atom təyyarədaşıyanın başçılıq etdiyi zərbə qrupu ilə mübarizə üçün texniki imkanlar Pxenyanda praktik olaraq yoxdur. Koreya xalq ordusunun hərbi dəniz qüvvələrləri sahilboyu xarakteri daşıyır, onlar çoxsaylı, amma primitiv kiçik sualtı gəmilər və döyüş katerləridir. Onlardan yalnız sahilə yaxın diversiya hərəkətləri üçün istifadə oluna bilər. Əsas təhlükə ondan ibarətdir ki, Pxenyan Amerika güclərinə ciddi itkiləri verə bilən zərbələr vurmaq gücündə olmadığı üçün Cənubi Koreya və Yaponiyanın mülki öbyektlərinə cavab zərbələri endirə bilər.

KXDR müasir qiymətlərdirmələrə görə, 10-dan 20-ə qədər nüvə yükünə malikdir. Ekspertlər qeyd edir ki, Cənubi Koreya və Yaponiyanın sıx məskunlaşmış rayonlarına nüvə zərbəsi qlobal miqyaslı faciə yaradacaq.