Albert və Emin. İndi onların oxşar cəhətlərindən danışılır. Hər ikisi qəhrəmanlıq edib. Biri Azərbaycan, biri İsrail torpaqları uğrunda…
Tribunainfo.az yazır ki, yəhudi balası Albert Aqarunov bizim Milli Qəhrəmandır, Qarabağ üçün canından keçib və erməni faşizminə, erməni terroruna qarşı döyüşüb. Bu günlərdə onun vurduğu erməni tankını Hərbi Qənimətlər Parkına gətirdik. Emin Axundov isə azərbaycanlı balasıdır, İsrail torpaqlarına HƏMAS hücumunun, terrorçu qüvvələrin basqının qarşısını alarkən həlak olub. Bu iki tale nə qədər qəribə görünsə də, həm də iki xalqın alın yazısını ehtiva edir.