Noyabrın 12-də Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin açıqladığı təqlid və saxtakarlıq edən şirkətlər siyahısına iki yeni şirkət əlavə edilib. Şəbəkə bazarlarında satılan iki məşhur brendin balında saxtakarlıq və imitasiya aşkar edilib.
Tribunainfo.az xəbər verir ki, araşdırmalara əsasən Azərbaycanda da satılan türk brendinə məxsus balları alarkən diqqətli olmaq lazımdır.
Şəbəkə marketlərdə və elektron ticarət saytlarında satılan “Abalı” və “Balpetek” markalı balların saxtalaşdırıldığı müəyyən edilib.