Müharibənin ilk günündən döyüşlərə qatılan ukraynalı reper Oleksandr Yarmak döyüş mükafatı alıb. Tribunainfo.az xəbər verir ki, reper “Qızıl Xaç” döş nişanı ilə təltif edilib.
O bildirib ki, müharibəyə şöhrət üçün getməyib. “Mən bu mükafatı igidliyə və tapşırıqları uğurla yerinə yetirdiyimə görə almışam. Mən hər şeyi ölkəm üçün edirəm, mükafat və ya fəxri adlar üçün deyil”.
Qeyd edək ki, Yermak musiqi karyerasına 2011-ci ildə başlayıb və qısa zamanda məşhurlaşıb. Onun musiqisi ədalətsizlik, korrupsiya, müharibə kimi müxtəlif sosial mövzuları əhatə edir. Yarmakın ən məşhur mahnılarından biri isə bir növ gənclik himninə çevrilmiş “22” mahnısıdır.