İki il ərzində Ermənistanın silah idxalında Hindistanın payı 43 % olub

İki il ərzində Ermənistanın silah idxalında Hindistanın payı 43 % olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43 %-ni Hindistan təmin edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) istinadən məlumat yayıb.

“SIPRI-nin məlumatına görə, 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 %-i Hindistanın payına düşüb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, son illərdə Hindistan Ermənistan silahlı qüvvələri üçün əsas silah tədarükçüsünə çevrilib. Belə ki, 2022-2023-cü illərdə tərəflər yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli artıq Ermənistana reaktiv yaylım atəş sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatları təhvil verib və ya təhvil verməyə hazırlaşır.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə illərində silah və hərbi texnikanın alınması haqqında bağlanmış müqavilələrin dəyəri 600 milyon dollar təşkil edib.