İki günə kartlardan bu qədər vəsait oğurlandı – Təhlükə var

İki günə kartlardan bu qədər vəsait oğurlandı – Təhlükə var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də və 25-də şəxsi məlumatlarını naməlum şəxslərə verən ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə DİN rəsmisi Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, məlumatını qorumaq – maliyyə təhlükəsizliyinin əsas açarıdır:
“Real təhlükə hər zaman var. Diqqətli ol – şəxsi məlumatlarını paylaşma, pulun oğurlana bilər.
Bank səndən heç vaxt parol, PIN, CVV/CVC və ya SMS-lə gələn OTP kodunu istəməz. Bu məlumatlar yalnız sənə aiddir – onları heç kimə vermə!”.

Nigar İxtiyarqızı