İki general, 11 polkovnik, 200-dən çoxu yüksək rütbəli zabit – Ukraynanın əks-hücumundan sonrakı statistika

İki general, 11 polkovnik, 200-dən çoxu yüksək rütbəli zabit – Ukraynanın əks-hücumundan sonrakı statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin iyulundan – Ukraynanın əks-hücumu başlayandan bəri 2500-dən artıq rus hərbçisi həlak olub, onlardan ikisi general və 11 polkovnik də daxil olmaqla 200-dən çoxu yüksək rütbəli zabitlərdir.

Tribunainfo.az xəbər verir ki, BBC Rus Xidmətinin və “Mediazona”nın əməkdaşları ölənlərin şəxsiyyətini müəyyən ediblər.

Rusiya ordusunun yüksək rütbəli zabitləri sonuncu dəfə müharibənin ilk aylarında belə əhəmiyyətli itkilər vermişdilər.

Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin hücumunun dəf edilməsi zamanı həlak olan hər üçüncü şəxs səfərbər ediləndir. Ümumilikdə, keçən ilin fevralından bəri müharibədə dörd minə yaxın səfərbər olunmuş rusiyalı həlak olub. Jurnalistlər onların adlarını açıq mənbələrdən dəqiqləşdirə biliblər.

Araşdırmaçılar ən böyük itkiləri Ukraynaya qarşı müharibəyə cəlb edilmiş rusiyalı məhbuslar arasında qeydə alıblar. Jurnalistlər sentyabrın 29-na kimi cəbhədə həlak olan altı mindən çox məhkumun adını dəqiqləşdirə biliblər. Məhkumlardan 100-dən çoxu xarici ölkələrin, daha çox Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları olub.

Rusiya tərəfi ölənlərlə bağlı məlumat dərc etmir. Müdafiə Nazirliyi sonuncu dəfə 2022-ci ilin sentyabrında itkilər barədə məlumat vermişdi. Daha sonra nazir Sergey Şoyqu dedi ki, təxminən altı min hərbçi həlak olub.

Araşdırmaçılar ölənlərin adlarını ictimaiyyətə açıq olan məlumatlar əsasında müəyyənləşdirir və itkilərin real sayının daha çox ola biləcəyinə inanırlar.

Ukrayna da Rusiya kimi hərbi qulluqçularının itkiləri ilə bağlı məlumatları açıqlamır.