İki ekranlı smartfon təqdim edilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib.
 Çinin “ZTE” şirkəti “Axon M” adlı smartfonunu təqdim edib. AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu aparat analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir. Cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və “Snapdragon 821” qabaqcıl prosessoru, 4 QB əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Zərif əl hərəkəti ilə kitab kimi açılan smartfon, həmçinin ikinci 5,2 düymlük ekrana malikdir. İkinci ekran birinci ekranla birgə, həm də ayrıca istifadə oluna bilər. Smartfonun çəkisi 230 qr-dır. Qurğu artıq ilin sonuna yaxın satışa  çıxarılacaq.