ABŞ müdafiə naziri Lloyd Ostin narahatlığını ifadə edərək, ABŞ əsgərinin könüllü və icazəsiz Şimali Koreya sərhədini keçdiyini təsdiqləyib.
Tribunainfo.az-ın məlumatına görə, Ostin hadisənin təfərrüatlarını hələ tam öyrənmədiklərini və əsgərin Şimali Koreyada həbsdə olduğuna inandıqlarını bildirib.
Eyni zamanda, Ostin Ukraynadakı müharibəni dəstəkləməyə davam edəcəklərini və Ukraynanın azadlıq mübarizəsini dəstəkləməkdə qərarlı olduqlarını bildirib.