ABŞ-ın “Rosneft” və “Lukoil”a qarşı genişmiqyaslı sanksiyalarından sonra Çinin dövlət neft şirkətləri Rusiya neftinin dəniz yolu ilə alışını dayandırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Çinin dövlət neft emalı zavodları gündə 500 min barreldən çox neft alır.
Bundan əlavə, Çin şirkətlərinin müvafiq addımı Hindistanın da Rusiya neftinin alışını azaltması ilə eyni vaxta təsadüf edir.
İki ən böyük alıcının neftə tələbatının kəskin azalmasının Rusiya büdcəsinə gərginlik yaradacağı gözlənilir.