İki bələdiyyədən deputatlığa 6 iddiaçı var… – Binəqədi bələdiyyəçiləri fəallıq nümayiş etdirirbackend

İki bələdiyyədən deputatlığa 6 iddiaçı var… – Binəqədi bələdiyyəçiləri fəallıq nümayiş etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin arasında bələdiyyə sədrləri və bu yerli özünüidarəetmə qurumların əməkdaşlarının kütləviliyi diqqət çəkir.

“AzPolitika” xəbər verir ki, MSK-nın açıqladığı iddiaçılar siyahısında hətta bir bələdiyyənın bir neçə əməkdaşının deputatlıq iddiasına düşdüyü görünür.

Məsələn, Binəqədi qəsəbə bələdiyyəsinin “Bələdiyyə gəlirləri və yerli vergilər” şöbəsinin sahə nəzarətçisi Hüseynov əli Zakir oğlu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən, həmin bələdiyyənin kadrlar şöbəsinin kadr məsələləri üzrə mütəxəssisi Həsənova Günel Namizəd qızı isə 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən deputatlığa namizəd olublar.

Bundan başqa Binəqədi rayonu Rəsuzadə qəsəbəsi bələdiyyəsinin sədri Hümbət Hüseynov 10 saylı Binəqədi üçünçüncü seçki dairəsindən YAP-ın namizədir. Həmin bələdiyyənin daha iki əməkdaşı – “Büdcə məsələləri” daimi komissiyasının sədri Fərzəliyeva Elmira Raquf qızı və “Yerli vergilər və ödənişlər “şöbəsinin vergi müfəttişi Mənsimov Nobil Sakit oğlu isə 9 saylı Binəqədi ikinci seçki dairəsindən öz təşəbbüsləri ilə namizəddirlər. Onlar seçkidə bir-biri ilə rəqib kimi yarışacaqlar.

8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədlər arasında da Binəqədi bələdiyyəsinin hüquqşünası Salmanlı Elman Saleh oğlu da var. O da öz təşəbbüsü ilə növbədənkənar parlament seçkilərində iştirak edir.