İKİ ABŞ ƏSGƏRİ ÇİN ADINDAN CASUSLUQ ETDİYİ ÜÇÜN HƏBS EDİLİB

İKİ ABŞ ƏSGƏRİ ÇİN ADINDAN CASUSLUQ ETDİYİ ÜÇÜN HƏBS EDİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbçisi milli təhlükəsizliklə bağlı həssas məlumatları Çinlə paylaşmaqda ittiham edilərək həbs edilib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentindən məsul Baş prokurorun müavini Mett Olsen, iki əsgərin həssas milli məlumat paylaşdıqları üçün həbs edildiyini bildirərək, “Həssas hərbi məlumatlar Çin Xalq Respublikasının əlinə keçib” deyib.

FTB-nin San Dieqo Sahə Ofisindən məsul olan xüsusi agent Steysi Moy deyib: “ABŞ üçün Çin Xalq Respublikası və Çin Kommunist Partiyasından daha böyük təhlükə yoxdur. Çin ABŞ-a hücum etmək üçün heç nə etməyəcək. Onun dünyanın yeganə super gücü olmaq üçün strateji planı var. O, təslim olmayacaq”.