İkardinin zədəsi ilə bağlı yeni açıqlama

İkardinin zədəsi ilə bağlı yeni açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi zədəsi səbəbindən mövsümü bağlayıb.

Tribunainfo.az Gazeteduvar-a istinadən xəbər verir ki, klub həkimi Yener İncə çarpaz bağı qopan ulduz futbolçunun tənqidinə cavab verib.

UEFA Avropa Liqasında İngiltərə nəhəngi “Tottenhem”i 3:2 hesabı ilə məğlub edən “Qalatasaray” azarkeşlərinə böyük sevinc yaşadarkən, argentinalı superulduz Mauro İkardinin zədə xəbəri onların əhvalını pozdu.

Çapraz bağının qopduğu açıqlanan İkardinin “RAMS Park”da oynanılan “Samsunspor” matçından sonra meydançaya enməsi, qələbə şövqünə komanda yoldaşlarına qoşulması və tribunalara üçqat səs-küy salması diqqət çəkib.

Eyni dizindəki çarpaz bağdan əlavə meniskindən zədə alan ulduz adı matçın sonunda reklam lövhələrini keçərək tribunalara yollanıb. 31 yaşlı mərkəz hücumçunun bu şəkli sosial mediada trend mövzusu olub və zədəsinin ciddiliyi ilə bağlı müzakirələrə səbəb olub.

 

Əflatun