İkardinin sevgilisi: “Onun Argentinada oynamağını istəyərdim”

İkardinin sevgilisi: “Onun Argentinada oynamağını istəyərdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Argentinalı futbolçu Mauro İkardinin sevgilisi Vanda Nara onun haqda bəzi açıqlamalar verib.
Vanda Nara “Mauronun Argentinada “Boka”da oynamasını istərdinizmi?” sualına verdiyi cavabla diqqət çəkib.

Argentina liqasının klublarından olan “Boka Xuniors” bu il maraqlı transferlərlə yaddaşlarda iz qoyub. Edinson Kavani və Fakundo Kolidio, həmçinin Mauro İkardi də klubun əsas transfer istəyidir.
Argentinalı jurnalist Leandro Buonsante “Radio Miter”ə açıqlamasında İkardinin “Qalatasaray”da qalmaq istədiyini, verilişin aparıcısı Maria İzabel Sançes isə Vanda Naranın onun Argentinada qalmasını istədiyini bildirib. Sançes bildirib ki, Nara İkardini “Boka”da oynamağa razı salmağa çalışıb.
Digər tərəfdən Martin Fierro mükafatını qazanan Vanda Nara sosial media hesabından maraqlı paylaşım edib.
Həmin fotoda İkardinin aldığı mükafatın olması da diqqət çəkib.