“Qalatasaray” argentinalı ulduz futbolçu Mauro İkardinin transferini rəsmən açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, İkardinin transferi üçün PSJ-yə 10 milyon avro ödəniləcək. Məbləğ Paris klubuna 4 mövsüm ərzində veriləcək.İkardi özü 3 mövsüm komandanın formasını geyinəcək və hər mövsüm üçün 6 milyon avro maaş alacaq.
Xatırladaq ki, ötən mövsümü futbolçu icarə əsasında “sarı-qırmızılar”ın heyətində keçirib. Argentinalı 24 oyunda 22 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Super Liqa tarixində “Qalatasaray”da ardıcıl 7 qol vuran ilk futbolçu