III MDB Oyunlarında voleybol yarışının TƏQVİMİ

III MDB Oyunlarında voleybol yarışının TƏQVİMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışının təqvimi açıqlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Gəncə şəhərində keçiriləcək turnirdə Azərbaycan, Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Qırğızıstan milli komandaları iştirak edəcəklər. Qarşılaşmalara sentyabrın 29-da start veriləcək. Bütün oyunlar Gəncə İdman Sarayında keçiriləcək.

III MDB Oyunları
U-15 qızlar

A qrupu: Azərbaycan, Özbəkistan, Tacikistan

B qrupu: Rusiya, Belarus, Qırğızıstan

Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər (A1–B2, B1–A2). Bu oyunların nəticələrinə əsasən final və bürünc medal uğrunda görüşlərin iştirakçıları müəyyənləşəcək.

U-17 oğlanlar

Azərbaycan, Özbəkistan, Rusiya, Belarus və Qırğızıstan komandaları dairəvi sistem üzrə qarşılaşacaqlar. Turnir cədvəlinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşəcək.

Yarışın proqramı
29 sentyabr
Qızlar

16:00. Belarus – Qırğızıstan

18:30. Azərbaycan – Tacikistan

30 sentyabr
Oğlanlar

16:00. Rusiya – Özbəkistan

18:30. Azərbaycan – Qırğızıstan

1 oktyabr
Qızlar

16:00. Rusiya – Belarus

18:30. Özbəkistan – Tacikistan

2 oktyabr
Oğlanlar

16:00. Belarus – Qırğızıstan

18:30. Azərbaycan – Özbəkistan

3 oktyabr
Qızlar

16:00. Qırğızıstan – Rusiya

18:30. Özbəkistan – Azərbaycan

4 oktyabr
Oğlanlar

16:00. Belarus – Özbəkistan

18:30. Azərbaycan – Rusiya

5 oktyabr
Yarımfinal
Qızlar

10:00. A1 – B2

13:00. B1 – A2

Oğlanlar

16:00. Özbəkistan – Qırğızıstan

19:00. Rusiya – Belarus

6 oktyabr
Qızlar

10:00. Bürünc medal uğrunda oyun

13:00. Final

Oğlanlar

16:00. Rusiya – Qırğızıstan

19:00. Azərbaycan – Belarus