Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
Tribunainfo.az oyunların mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, komandamız III MDB Oyunları çərçivəsində ikinci oyununa çıxıb.
A qrupunda yer alan U-16 komandamız Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Oyun millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər.
Beləliklə, komandamız finala vəsiqə qazanıb.
U-16 millimiz finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.