backend

III Dünya müharibəsi üçün bu ÖLKƏLƏR HAZIRLIĞA BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər göndərməsi və Şimali Koreya ilə qarşıdurmanın güclənməsi III Dünya müharibəsi təhlükəsini gücləndirib. 

ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər göndərməsi və Şimali Koreya ilə qarşıdurmanın güclənməsi III Dünya müharibəsi təhlükəsini gücləndirib.

TİA.AZ publika.az-a istinadən xəbər verir ki, yeni dünya müharibəsi təhlükəsi bir çox ölkənin hərəkətə keçməsinə səbəb olub.

İngiltərədə insanlar özlərinə sığınacaqlar tapır və uzun müddət xarab olmayan qidalar toplayırlar. Məlumatlara görə, insanların təhlükəsiz ərazilərə evakuasiya olunması ilə bağlı məşqlər də edilir.


 

Yaponiya da müharibə hazırlıqlarına başlayıb. Bu ölkədə son bir ayda atom bombasından qorunmaq üçün sığınacaqların qurulmasında istifadə olunan vasitələr və hava təmizləyici cihazları pik həddə satılır.

Rusiya III Dünya müharibəsinə rəsmi şəkildə hazırlaşır. Rusiya hökuməti 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi üçün inşa olunan Zenit stadionun altında nüvə təhlükəsindən qorunmaq üçün sığınacaqlar inşa etmək niyyətidədir. Rusiyanın Fövqəladə Hallar Nazirliyi bu sığınacaqların inşası üçün stadionu tikən şirkətə məktub da göndərib.

NTV telekanlı isə bir müddət öncə ölkədəki sığınacaqların yerlərini açıqlayaraq, tamaşaçılara “evinizə ən yaxın yerləşən sığınacağı təcili tapın” çağırışı edib.

Qeyd edək ki, dünyada survivalizm (sağ qalmaq istəyənlər) hərəkatı mövcuddur. Bu düşüncəyə sahib olan survivalistlər dünyanın hər an dağıla biləcəyinə, müharibələrin, xaosun olacağına qarşı öncədən hazırlıqlar həyata keçirirlər.

Bu cür insanları ciddi qəbul edənlərin sayı çox deyil. Lakin Koreya yarımadasındakı gərginlikdən sonra birbaşa dövlətlərin III Dünya müharibəsində hazırlaşması vəziyyətin ciddi olduğuna dəlalət edir.