Amerikanın “Newsweek” jurnalı Üçüncü Dünya Müharibəsinin iddia edilən cəbhəsinin xəritəsini dərc edib. Tribunainfo.az xəbər verir ki, həmin xəritədə bir neçə istiqamət qeyd edilib.
Nəşr yazır ki, Avropada cəbhə Rusiyanın Finlandiya ilə sərhədindən Estoniya, Latviya, Litva, İsveç və Polşa vasitəsilə Almaniyaya qədər uzana bilər.
Jurnal Kalininqrad vilayəti ilə Belarus arasında yerləşdiyinə görə ilk münaqişə nöqtəsinə çevrilə bilən Polşa ilə Litva arasındakı Suvalksk dəhlizinə xüsusi diqqət yetirib.
“Newsweek”in məlumatına görə, aktiv hərbi əməliyyatlar Qara və Azov dənizlərində də baş verə bilər. “Cənub istiqamətində Avropa Rusiyanın Abxaziyadakı mövqelərinin güclənməsi səbəbindən çətinliklərlə üzləşə bilər”.