“II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır” – Paşinyan

“II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir.

Tribunainfo.az xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır.

“Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan ötən gün deyib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.

APA