II Qaregin Qarabağdan DANIŞDIbackend

II Qaregin Qarabağdan DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni xalqı “Dağlıq Qarabağın Müstəqillik Gününü” qeyd etməyə davam edir, çünki zorakılıq heç bir şəkildə yaddaşı silməyə və ədalətin səsini boğmağa qadir deyil”.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə bütün ermənilərin katolikosu II Qareginin müraciətində deyilir.

Dini lider əlavə edib:

““Dağlıq Qarabağın işğalı” və “tam ermənisizləşdirilməsi” şəraitində ermənilər bu tarixi qeyd edirlər, çünki Dağlıq Qarabağ keçmişdə deyil. Bu, erməni xalqının min illər boyu yaşadığı tarixi vətəndir. Hazırkı tarix həm də beynəlxalq ictimaiyyəti ədalətin və həqiqətin təntənəsi naminə, Dağlıq Qarabağ ermənilərinin pozulmuş hüquqlarının müdafiəsi, çoxəsrlik mədəni-mənəvi dəyərlərin qorunub saxlanılması naminə səmərəli səylər göstərməyə çağırışdır”.

Katolikos “Dağlıq Qarabağın Müstəqillik Gününü” soyqırım, etnik təmizləmə və ksenofobiya siyasətinə qarşı ədalətli etiraz hesab edir.