II Avropa Oyunlarının videoçarxı təqdim olundu – VİDEO

II Avropa Oyunlarının videoçarxı təqdim olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının promo-videoçarxı təqdim olunub.

TİA.AZ yarışın xəbər verir ki, videoçarx Minsk və Vitebsk şəhərlərində aparılmış çəkilişlərə əsasən hazırlanıb.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 21-30 iyunda Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4 mindən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il 12-26 iyunda Bakıda təşkil olunmuşdu.