İH 3 mərtəbəli məktəbin tikintisi üçün deputata İCAZƏ VERDİ

İH 3 mərtəbəli məktəbin tikintisi üçün deputata İCAZƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Şəhər İcra Hakimiyyəti Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin yeni korpusunun tikintisinə icazə verib.

Tribunainfo.az Yeniavaz.com-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti yeni korpusun tikintisinə 11 iyun 2025-ci il tarixli 1 saylı sənəd əsasında icazə verib.

 

Açıqlanan məlumatlarda göstərilir ki, 30 dekabr 2024-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-4293/2023 saylı, həmçinin 26 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair 391960 saylı ekspertiza rəyləri verilib.

 

Bildirilir ki, tikintisinə icazə verilən məktəbin tikinti sahəsi 1 109 kvadrat metr, ümumi sahəsi 3 327 kvadrat metr, mərtəbələrinin sayı isə 3 (+zirzəmi) olacaq.

 

Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusuna Dövlət Reyestri tərəfindən 18 oktyabr 2025-ci il tarixli 40427018-1-2104-009472/1025 saylı kod verilib.

 

Məlumat üçün onu da bildirək ki, Şəki şəhəri, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəbin yeni korpusunun sifarişçisi millət vəkili Cavanşir Əyyub oğlu Feyziyevdir.

 

Qeyd edək ki, Böyük Dəhnə kəndindəki 2 saylı tam orta məktəb Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.

 

Böyük Dəhnə kəndində yerləşən 2 saylı tam orta məktəbin 3 mərtəbədən ibarət olacaq yeni korpusunun tikintisinin hansı mənbələrdən maliyyələşəcəyi barədə sualımızı millət vəkili Cavanşir Feyziyevə ünvanlasaq da cavab ala bilmədik.