İğdır-Naxçıvan avtomobil yolunda, Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.
İğdır-Naxçıvan avtomobil yolunda, Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.
Bunu TİA.AZ-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, qəza nəticəsində 8 nəfər ölüb:
“Hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında neçə nəfərin azərbaycanlı olmamasını araşdırır. Yaralılar Türkiyədə xəstəxanaya yerləşdirilib. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.
Qeyd edək ki, İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.