İdmançının barda döydüyü qız: “Biz bir-birimizi çox sevirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi boks üzrə Dünya çempionu Elvin Məmişzadə iyulun 16-da gecə klubunda xanımlardan birini vurub. Xəbər verdiyimiz kimi boks üzrə Dünya çempionu Elvin Məmişzadə iyulun 16-da gecə klubunda xanımlardan birini vurub.

TİA.AZ yenicag.az-a istinadən xəbər verir ki, lakin adının açıqlanmasını istəməyən zərərçəkən xanım hadisəni təsdiqləyib.

O, hadisənin təfərrüatını belə izah edib:

“Mənə sadəcə, sillə dəyib. “26club”da oturanda başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik”