İdmançımız dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Report-un məlumatına görə, 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib – 21:3.

Beləliklə, Harçeqani “Bakı 2015” I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb.