İDMAN HƏFTƏSİNDƏ MÜƏLLİMLƏR NƏRD OYNADI… QALİB İCTİMAİ ŞURAYA ÜZV TƏYİN OLUNACAQ… – VİDEObackend

İDMAN HƏFTƏSİNDƏ MÜƏLLİMLƏR NƏRD OYNADI… QALİB İCTİMAİ ŞURAYA ÜZV TƏYİN OLUNACAQ… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin məktəblərdə elan etdiyi idman həftəsində müəllimlər idman zalında nərd oynayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib. Məktəblərin birində çəkilən görüntüləri paylaşan ekspert qeyd edib ki, Elm və təhsil nazirliyinin fəaliyyətinin mənfi, faydasız nəticələrini saymaqla bitmir:

“Elm və Təhsil Nazirliyi məktəblərdə idman həftəsi elan edib. Bu da məktəbin vəziyyəti, müəllimlər nərd oynayır.
Mən indi bildim ki, bizim məhəllədə olan çayxanaların hər biri məktəb imiş və orada nərd oynayanlar idmanla məşğul olurmuşlar.

Bu görüntülər Elm və Təhsil nazirliyinin Bakı şəhərində yerləşən məktəblərindən birində qeydə alınıb.
Müəllimlər nərd oynayırlar. Qalib gələn şəxs böyük məbləğdə qrant bəxşiş almaqla İctimai Şuranın üzvü təyin ediləcək. Görün bunlar təhsilimizi nə hala saldılar”.