İdman bürcü – Astroloji PROQNOZ: 1-7 aprelbackend

İdman bürcü – Astroloji PROQNOZ: 1-7 aprel

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç (21 mart – 20 aprel)
Həftə qoçlar üçün bir qədər çətin keçəcək, ancaq əzmkarlığınız və kollektivlə işləmək bacarığınız sayəsində bütün maneələrin öhdəsindən gələ biləcəksiniz. Enerji və gümrah olacaqsınız. Səylərinizi artıracağınız təqdirdə, işinizdə böyük uğurlar əldə edə bilərsiniz. Risk etməkdən qorxmayın, bu sizə uğura aparan yeni yollar tapmağa kömək edəcək. Atletika, avarçəkmə, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Buğa (21 aprel – 20 may)
Bu həftə buğalar maliyyə məsələlərinə daha diqqətli olmalıdırlar. Xərclərinizlə qazancınızı balanslaşdırın. Buğalar sevdikləri insanlara qarşı münasibətdə ehtiyatlı davransa, yaxşı olar. Ola bilər ki, onlar sizin köməyinizə və ya dəstəyinizə ehtiyac duysun. Çalışın, köməkdən imtina etməyin. Qarşıda qısamüddətli səfərlər gözlənilir. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Əkizlər (21 may – 20 iyun)
Həftənin əkizlər üçün çox məhsuldar olacağı vəd edilir. İşdə və şəxsi həyatda böyük uğurlar qazana biləcəksiniz. Əkizlər işlərində bəzi maneələrlə üzləşə bilərlər. Ancaq narahat olmayın, bütün problemlər həll edilə bilər. Maddi durumunuzda da artım gözlənilir. Sadəcə, təmkinli davranışla istəyinizə çata bilərsiniz. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Xərçəng (21 iyun – 22 iyul)
Bu həftə xərçənglər diqqətlərini peşəkar məqsədlərə yönəltməlidir. Şəxsi məsələlərdən yayınmamağa çalışın. Maliyyə məsələlərinə ciddi yanaşmalısınız. Planlaşdırdığınızdan daha çox pul xərcləyə bilərsiniz. Ancaq unutmayın ki, qənaət həm də, həyatın vacib tərəfidir. Həftə ərzində, həmçinin mübahisələrdən qaçmağa çalışın. Voleybol, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Şir (23 iyul – 22 avqust)
Şirlər bu həftə sevdikləri insanlarla münasibətdə bəzi problemlərlə üzləşə bilər. Səbrli və anlayışlı davranın. Həyatınızı dəyişməyə meylli olacaqsınız. Hər hansı bir addım atarkən tələskənliyə yol verməyin. Ola bilər ki, əhvalınızı sarsıdacaq xoşagəlməz xəbərlər alasınız. Bu, sizdə məyusluq hissi yaratsa da, ruhdan düşməyin, nəticə ürəkaçan olacaq. Gimnast, sambo, karate, güləş və şahmatçılar üçün düşərli həftədir.

Qız (23 avqust – 22 sentyabr)
Həftə qız bürcləri üçün çox məhsuldar başlayacaq. Təşkilatçılığınız və nizam-intizamınız sayəsində bütün işlərin öhdəsindən gələcəksiniz. Bütün işlərinizin istədiyiniz kimi getməsi ehtimalı yüksəkdir. Ümidsiz olmayın, sadəcə, irəliləməyə davam edin. Bu, ümumilikdə əhvalınıza müsbət təsir göstərəcək. Stolüstü tennis, basketbol, həndbol və voleybol növlərində uğurlar gözlənilir.

Tərəzi (23 sentyabr – 22 oktyabr)
Bu həftə tərəzilərin həyatlarını dəyişmək planları reallaşacaq. Qərar verməzdən əvvəl ətraflı düşünün. Şəxsi işlərinizdə böyük nəticələr əldə edə biləcəksiniz. Məqsəd uğrunda səylərinizi artırın. Qətiyyən kisik məsələlərə diqqət ayırmayın, bu, böyük palanlarınızın məhvinə səbəb ola bilər. Bu həftə həm də maddi büdcənizin artacağı gözləniləndir. Futzal, həndbol, güləş, voleybol və basketbol idman növlərində uğurlar vəd olunur.

Əqrəb (23 oktyabr – 21 noyabr)
Əqrəblər üçün həftə xoş sürprizlər və gözlənilməz fürsətlərlə dolu olacaq. Arzularınızı həyata keçirə və yeni zirvələrə çata biləcəksiniz. Özünüzə güvən hissiniz artacaq. Bu, karyeranızda və ya şəxsi həyatınızda yeni uğurlar qazanmağınıza kömək edəcək. Bunun üçün əzmkarlıq və dözümlülük tələb olunacaq. Lakin nəticələr dərhal olmaya bilər. Bundan qətiyyən narahat olmayın. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oxatan (22 noyabr – 21 dekabr)
Bu həftə oxatanlar üzərilərinə çox öhdəlik götürməməlidir. Əsas işlərə diqqət yetirməli və xırda məqamlardan diqqətinizi yayındırmalısınız. Özünüzü bir az yorğun hiss edə bilərsiniz. Bu hal ötəri olacaq. Həftənin sonuna doğru işlərinizin qaydasına düşmə ehtimalı yüksəkdir. Bacardığınız qədər istirahətinizə vaxt ayırın. Güləş, basketbol, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Oğlaq (22 dekabr – 19 yanvar)
Oğlaqları bu həftə zəngin iş həftəsi gözləyir. İradə və əzmkarlığınız sayəsində bunların öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınızda bəzi problemlərlə üzləşmək ehtimalı var. Partnyorunuz və ya dostlarınızla fikir ayrılıqlarınız yarana bilər. Bu üzdən əsəblərinizə hakim olmalısınız. Kompromis tapmağa və problemi həll etməyə çalışın. Qaçış, velosiped, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər gözlənilir.

Dolça (20 yanvar – 18 fevral)
Bu həftə dolçaları şəxsi həyatında və ya işlərində gözlənilməz dəyişikliklər gözlənilir. Yeni çağırışlara hazır olun və sınaqdan çəkinməyin. Eyni zamanda həyatınızı dəyişə biləcək gözlənilməz xəbərlər alacaqsınız. Risk etməkdən çəkinməyin. Bu, yeni nailiyyətlərin yeganə yoludur. Keçmişdən dərs götürməli və irəliyə baxmağınız məsləhətdir. Gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Balıqlar (19 fevral – 20 mart)
Balıqlar üçün həftə maraqlı hadisələrlə zəngin keçəcək. Özünüzdə məxsusi güc hiss edəcəksiniz. Bu, karyeranızda böyük uğurlar qazanmağınıza kömək edə bilər. Büdcənizlə bağlı narahatlığa əsas yoxdur. Külli miqdarda pul əldə etmə fürsətiniz olacaq. Çalışın, bundan maksimum yararlanasınız. Atsürmə, üzgüçülük, qaçış və güllə atıcılığı növlərində uğurlar əldə edəcəksiniz.