“İDK” BOKT buna görə cərimələnə bilər

“İDK” BOKT buna görə cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Olmayan Kredit Təşkilatı İDK” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “İDK” BOKT İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“İDK” BOKT-la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 8 sentyabr tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, BOKT “İDK” 2011-ci ildə təsis edilib, 722 min manat nizamnamə kapitalı var. BOKT-nin nizamnamə kapitalının 100%-i Əliyar Əsgərov adlı şəxsə məxsusdur. Ə.Əsgərov həmçinin Müşahidə Şurasına sədrlik edir.

Gülşən Rəsul