İddiaçılar turnirində XI tura yekun vurulub

İddiaçılar turnirində XI tura yekun vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri keçirilib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar – 0,5:0,5. Bununla da Məmmədyarov turnirdə 9-cu dəfə xalları yarı bölüb. Hələlik məğlub olmayan 33 yaşlı qrossmeysterin 2 qələbəsi var.

Lider Fabiano Karuana isə ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə heç-heçə edib. Bu nəticə ABŞ təmsilçisinə Məmmədyarovdan çox uzaqlaşmaq imkanı verməyib. Hazırda Karuana ilə azərbaycanlı şahmatçını yarım xal ayırır.

Turun daha 2 görüşü belə nəticələnib:

Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya) – 0:1

10 turdan sonra turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov 6,5 xalla 2-ci yerdə qərarlaşıb. Karyakin və Qrişuk hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür. Lijen 5,5 xalla 5-ci, Kramnik 5 xalla 6-cı, So 4,5 xalla 7-ci, Aronyan 3,5 xalla 8-cidir.