İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olubbackend

İddiaçılar Turniri: Nicat Abasov növbəti dəfə məğlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

Tribunainfo.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub – 0:1.

Abasov ağ fiqurlarla oynayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.