İdarə rəisi bədbəxt hadisəni gizlədib? – Cərimə olundu, narazı qaldıbackend

İdarə rəisi bədbəxt hadisəni gizlədib? – Cərimə olundu, narazı qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Anar Qalayev cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Anar Qalayevə İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə cərimə yazıb.
Bu maddə bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 1800 manatdan 2200 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Həmçinin ittihamdan aydın olur ki, Anar Qalayev hansısa bədbəxt hadisənin baş vermə faktını gizlədib, yaxud da bununla bağlı akt tərtib etməkdən boyun qaçırıb.
İdarə rəisi qərarla razılaşmayaraq məhkəməyə şikayət verib. Onun şikayətinə Sabunçu Rayon Məhkəməsində baxılacaq. Anar Rzayev iş üzrə hakim təyin edilib.
Anar Qalayevin qardaşı Həmid Qalayev Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsidir.