İstanbulda Zəfər Günündə ictimai nəqliyyat pulsuz olacaq.
Tribunainfo.az xəbər verir ki, bu baradə İstanbul Böyükşəhər Bələdiyyəsi məlumat yayıb. Məlumata görə, fərdi İstanbulkart sahibləri pulsuz səyahətdən faydalanacaqlar.
Qeyd edək ki, avqustun 30-da İstanbulkart tariflərinin inteqrasiyasına daxil olan avtobus, tramvay, metro kimi ictimai nəqliyyat vasitələri 24 saat pulsuz xidmət göstərəcək.