Türkiyədə Kocaelinin Körfez rayonunda hərəkət edən xalq avtobusu yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, sürücünün adı və nömrəsini öyrənmək mümkün olmayıb, bələdiyyə avtobusu Ankara istiqamətində Kirazlıyalı Mahallesi D-100 şosesi ilə hərəkətdə olarkən avtobusun arxa hissəsindən alovlanıb.
Yanğını görən sürücü avtobusu saxlayıb aşağı düşüb. Sürücü yanğınsöndürən ilə alova müdaxilə edərkən, əraziyə xilasetmə və polis qrupları sövq edildi.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb. Avtobusda maddi ziyan olsa da, yanğınla əlaqədar araşdırma başladılıb.