“İcraçı Kredit Agentliyi” BOKT bir ailəni evindən çıxarırbackend

“İcraçı Kredit Agentliyi” BOKT bir ailəni evindən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatı 2 ildir 4 nəfərlik ailəni evindən çıxarmaqla hədələyir.

Tribunainfo.az xəbər verir ki, 2022-ci ildən başlayan prosesə dekabrın 3-də yenidən baxılacaq. Sözügedən BOKT Bədəlova Gülnarə, Əsədov Zaur, Əsədov Elman, Əsədov Fizuli ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. BOKT bir ailənin evindən çıxarılmasını, mənzilə istifadə hüququna xitam verilməsini tələb edir.

Nəsimi rayon məhkəməsində baxılan işlə bağlı növbəti proses 3 dekabr tarixində keçiriləcək. İş hakim Ramin Xəlilovun icraatındadır.

Sözügedən BOKT 2002-ci ildən qeydiyyata alınıb. “İcraçı Kredit Agentliyi”nin Müşahidə Şurasının sədri Arif Əliyev, direktoru Samir Cəlilovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar