İCRA QURUMLARI, MTK-LAR PROVAYDERLƏRƏ PROBLEM YARADIR…backend

İCRA QURUMLARI, MTK-LAR PROVAYDERLƏRƏ PROBLEM YARADIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə provayderlərin sayı 200-ə çatıb. Hazırda, az qala hər bir MTK-nın öz provayderi var. Həmçinin əraziyə başqa provayderlərin buraxılmaması ilə bağlı MTK və provayderlər arasında separat sövdələşmələr olduğundan rəqabətli mühit çətin formalaşır, bununla da vətəndaşların seçim inkanları məhdudlaşır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, provayderlərin sayı kifayət qədər olsa da, sektorda xeyli problemlər var. Uzun müddətdir ki, bu problemlər həllini gözləyir:

“Ötən gün yeni tənzimləyici dövlət qurumu olan RİNN-nin İnformasiya və Kommunikasiya Texnoligiyaları Agentliyi (İKTA) bir qrup provayderlərlə və operatorlarla görüş keçirib. Bu, tənzimləyici qurumun provayderlərin nümayəndələri ilə ilk görüşüdür.
Sıfırdan formalaşan İKTA-nın səylərini artırması, provayderlərlə belə bir görüşün təşkili çox əhəmiyyətlidir və təqdirəlayiqdir. Sektorda xeyli problemlər var . Uzun müddətdir ki bu problemlər həllini gözləyir. Gözlənti odur ki , İKTA gərək xidmətlərin keyfiyyət kriteriyalarını və standartlarını hazırlayıb bu sahədə nəzarəti gücləndirsin və şəffaflığı təmin etsin.
Provayderlərin kifayət qədər problemləri var, onlar bəzən yerlərdə icra qurumlarının maneçilikləri ilə üzləşirlər. Gərəkdir ki, İKTA bu istiqamətdə onlara köməklik göstərsin.
Eyni zamanda, düşünürəm ki, İKTA -nın gələcəkdə bu tip tədbirlərə vətəndaş cəmiyyətini, müstəqil ekspertləri, İctimai Şuranı da dəvət etməsi doğru və faydalı olardı”.