İcra Hakimiyyətləri “yarışa” girib: 1.1 milyonluq anlaşma – RƏY

İcra Hakimiyyətləri “yarışa” girib: 1.1 milyonluq anlaşma – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir sıra İcra Hakimiyyətləri sanki yarışa giriblər.

Tribunainfo.az xəbər verir ki, ilin sonlarına qədər sakit oturan bu qurumlar, son iki gündə bir xeyli fəallaşıblar.
Belə ki, təkcə dünən 3 rayonun İcra Hakimiyyəti tender keçirib. Həmin tendderlərdən birini Saatlı rayon İcra Hakimiyyəti reallaşdırıb. Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işlərini əhatə edən müsabiqənin qalibi “RAPID SERVICES AZERBAIJAN” MMC, dəyəri isə 785 min 163 manat olub.
İkinci tender xəbərti isə Ucardan gəlib. Rayon İcra Hakimiyyəti Ucar şəhərində yolların əsaslı təmir işlərinin satın alınmasını həyata keçirəcək. Bununla əlaqədar “AQROYOL-İNŞAAT” MMC ilə müqavilə bağlanıb. Onun dəyəri isə 336 min 310 manat təşkil edib.
Ötən həftə rayondakı abadlıq işlərini un istehsal edən şirkətə həvalə edən Tovuz İcra Hakimiyyəti isə “qəfil dönüş” edib. Belə ki, sözügedən qurum Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri işlərini “AZƏRTRANSS” MMC-yə tapşırıb. Bununla əlaqədar tərəflər arasında 134 min 489 manatlıq müqavilə imzalanıb.
Yerli mütəxəssislər ilin sonuna doğru İcra Hakimiyyətlərinin intensiv tender keçirmələrini maraqlı şəkildə izah edirlər. Onlar Tribunainfo.az-a bildirirlər ki, bu intensivlik İcra Hakimiyyətlərində büdcə qalıqları ilə bağlıdır. Belə ki, bu dövlət qurumları ilin sonuna kimi onlara ayrılmış büdcəni xərcləməlidirlər. “Əks təqdirdə, növbəti büdcə ilində xərclənməyən hissə qədər ayrılmalar azaldılır. Yəni, növbəti ildə İcra Hakimiyyətləri daha az büdcə almalı olurlar. Ona görə də, ilin sonuna kimi ayrılan büdcəni xərcləyirlər ki, növbəti il az büdcə almasınlar”.

Fərda Uğur