Qaradağ icra başçısının müavini həbs olunandan sonra bu araşdırmalar digər rayon icra hakimiyyetlərini də əhatə etməlidir. Hesab edirəm ki, deputat Elşad Musayevin bu yöndə çağırışı doğrudur. O da təklif edir ki, Bakının rayon icra hakimiyyətləri yoxlanılmalıdır. Çünki yerli icra orqanları vəzifəsini yerinə yetirmir, korrupsiyaya bulaşıblar.
Bu sözləri Tribuna-ya hüquq müdafiəçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, artıq 10 icra başçısı hebs olunub, onlarla başçı müavini və baş memar, eləcə də müxtəlif vəzifələr tutan icra məmurları istintaqa cəlb olunub:
“Amma yenə də baş verənlər digələrinə dərs olmur. Yayda Qaxın başçısı, bir neçə ay sonra Balakənin başçısı, indi də Qaradağ rayon başçısının müavini tutulub. Hələ də bundan ibrət götürməyənlər var.
Ümumiyyətlə, yeni dövrün reallıqları icra hakimiyyətlərinin ləğvini zəruri edir. Bu qurumlar vətəndaşla işləmir, dövlət-vətəndaş mümasibətlərinə ancaq zərbə vurur və məmurları varlandırır”.
Gülşən Rəsul











