İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu – SƏBƏB

İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Laçın Rayon İcra Hakimiyyətinin tabeçiliyində fəaliyyət göstərən Laçın Rayon Kommunal Müəssisələri Kombinatının mühasibi Fərman Cabbarov həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Laçının Leninkənd kəndində dünyaya gələn, rayonun Qarakeçdi kəndində qeydiyyatda olan, ali təhsilli Fərman Cabbarova İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) inzibati xəta protokolu tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Fərman Cabbarov inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs olunub.
Qeyd edək ki, Fərman Cabbarov əvvəllər Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Laçın rayon şöbəsinin aparıcı mühasibi vəzifəsində çalışıb. O, 2010-cu ildə DSMF-nın Laçın rayon şöbəsinin sabiq müdiri Musa Musayevlə bərabər 2 il 6 ay müddətində həbs edilib.
İttihama görə, Cabbarov Fərman Baloğlan oğlu 2004-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsində aparıcı mühasib vəzifəsində işləyərkən şöbənin müdiri Musayev Musa Rəfi oğlu və digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2007-2008-ci illər ərzində rüşvət almaqla 95 nəfər pensiya almaq hüququ olmayan və 15 nəfər əlillik müddəti qurtarmış şəxslərə qanunsuz pensiya ödənişləri aparılması ilə bağlı rəsmi sənədlərlə bilə-bilə yalan məlumat daxil ediblər. Nəticədə Cabbarov etibar edilmiş özgə əmlakı olan cəmi 78 417 manat məbləğində pul vəsaitlərini israf etmə yolu ilə talayaraq dövlətə külli miqdarda ziyan vurub.