Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilib.

İcra Hakimiyyətindən TİA.AZ-a daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət zamanı dövlət tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb.
Daha sonra uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstəriblər.
Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.