backend

İcra Hakimiyyəti fiziki qüsurlu Elmanın doğum gününü qeyd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edildi. 

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar almış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs etmişlər.
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi  2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün  hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 52 nəfər  uşaq yaşayır.