İcra Hakimiyyəti AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonunda taxıl sahələrinin su altında qalması və badımcan sahələrində xəstəliklərin yayılması ilə bağlı bəzi KİV-i tərəfindən “Azadlıq” radiosuna istinadən yayılan məlumatlar  Masallı rayon İcra hakimiyyəti tərəfindən araşdırılıb.  

Masallı rayonunda taxıl sahələrinin su altında qalması və badımcan sahələrində xəstəliklərin yayılması ilə bağlı bəzi KİV-lərdə “Azadlıq” radiosuna istinadən yayılan məlumatlar  Masallı rayon İcra hakimiyyəti tərəfindən araşdırılıb.

        


        Araşdırma zamanı məlum olmuşdur ki, “Azadlıq” radiosunun yaydığı məlumat həmişəki kimi əsassız və təxribat xarakterlidir. Belə ki, Təklə kənd sakini Səmədağa Həsənovun (AXCP-nin üzvü) bəzi taxıl sahələrinin su altında qalması ilə bağlı iddiası araşdırılan zaman məlum olmuşdur ki, bu şəxs ot kimi biçilən sahələrin taxıl kimi qeydə alınmasını və subsidiya verilməsini tələb edir ki, bu da qanunla mümkün deyildir.

       

Qanunsuz tələbi təmin edilmədiyi üçün müxalifət düşərgəsinin Masallıdakı radikal üzvü olan bu şəxs, adəti üzrə qaralama kampaniyası aparmağa çalışır.

        

Masallı rayonu Həsənli kənd sakini Toğrul Məhərrəmlinin (Müsavatın üzvü) badımcan sahələrində xəstəliyin yayılması ilə bağlı məlumatı rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılmış və əsassız olduğu müəyyən olunmuşdur. Bildiririk ki, bu şəxsin özünə məxsus torpaq sahəsində badımcan bitkisi əkilməmiş və verilən məlumatdan xəbərsiz olduğunu bildirmişdir.

        

Məlumat üçün bildiririk ki, Masallı rayonunda 2017-ci ilin məhsulu üçün 11934 hektar sahədə payızlıq əkinlər (7430 hektar buğda, 3055 hektar arpa və 1449 hektar sair əkinlər) aparılmışdır. 4950 hektar torpaq sahəsində isə yazlıq bitkilər əkilmişdir.    

        Belə ki, 940 hektar sahədə kartof əkini aparılmışdır. Hazırda kartofun çıxarılması yekunlaşmaq üzrədir və tədarükündə heç bir problem yoxdur. 474 hektar sahədə badımcan bitkisi əkilmiş və hazırda yığımına başlanılmışdır. Bundan başqa rayon ərazisində 187 hektar çəltik, 32.5 hektar tütün, 88 hektar qarğıdalı, 545 hektar pomidor, xiyar, 382 hektar bostan, 63 hektar soğan, 39 hektar sarımsaq, 345 hektar dənli və dənli paxlalı bitkilər, 193 hektar yonca, 34 hektar günəbaxan, 65 hektar bibər və sair bitki növləri əkilmişdir. Bildiririk ki, əkin sahələrinin becərilməsində və suvarılmasında heç bir çətinlik müşahidə olunmur.

        Bu məlumatlar bir daha göstərir ki, “Azadlıq” radiosu həmişəki kimi dezinformasiya, təxribat xarakterli, birtərəfli məlumatlar yayır və hər bir şeyi özləri görmək istədikləri kimi təqdim etməyə çalışırlar. Ona görə də mətbuat orqanlarından  belə qərəzli informasiyalara etibar etməmələri xahiş olunur.