İcra hakimiyyəti 1 ədədi 500 manatdan – 10 MİN ZİBİL QUTUSU ALIB

İcra hakimiyyəti 1 ədədi 500 manatdan – 10 MİN ZİBİL QUTUSU ALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin zibil qutularının satın alınması üzrə keçirdiyi tenderin qalibi məlum olub.

FED.az xəbər verir ki, tenderi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC qazanıb. “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC həcmi 1100 litr olan, 4 təkərli, xüsüsi mexanizmli qapağı olan, əyləc sistemli 10 min ədəd zibil qutusu satın almaq üçün “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-yə 4 milyon 993 min 996 manat ödəyib.

Qeyd edək ki, 1 ədəd zibil qutusunun alınması üçün 499,40 manat xərclənib.

TİA.AZ