Qazax rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticələri ləğv edilib. Tribunainfo.az xəbər verir ki, təmir işlərinin satın alınması, yəni avtomobil yolları və yol tikintisi işlərini reallaşdırmaq üçün nəzərədə tutulan işlərə icazə verilməyib.
515.067,64 manat dəyərində işlərin ləğv edilməsinin səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması və ya “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulması göstərilib.
Xatırladaq ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. Onun adı bir sıra narazılıqlarda çəkilir. Həmçinin rayonda Babaşovdan şikayət edənlərinin sayının çox olduğu qeyd edilir.