İCRA BAŞÇISININ “ŞƏHRİZAD” BAĞÇASINDA UŞAĞI BU GÜNƏ SALIBLAR – FOTObackend

İCRA BAŞÇISININ “ŞƏHRİZAD” BAĞÇASINDA UŞAĞI BU GÜNƏ SALIBLAR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən “Şəhrizad” uşaq bağçasına övladını qoyan Fidan İmaməliyeva iddia edir ki, uşaq zorakılığa məruz qalıb. Tribunainfo.az xəbər verir ki, valideyn bağça rəhbərliyi və tərbiyəçilərindən şikayət edib. “Bir neçə ay əvvəl buraya qoyduğum övladımı bağçanın sonuncu günü götürərkən bu vəziyyətə düşdüyünü görmüşəm.

Bu barədə əlaqədar orqanlara şikayət vermişəm və bir neçə qruplarda da paylaşşmışam. Yaranmış hadisə ilə bağlı bağça müdiriuyəti nəinki məndən üzr istəməyib, əksinə məni məhkəməyə verib ki, guya onun işgüzar nüfuzuna xələl gətirmişəm, şərəf və ləyaqətini təhqir eləmişəm. Bir insanın “işgüzarlıgının” nəticəsi budursa, qeyri- işgüzarlığı necə olardı görəsən? Azad respublikada, azad söz hüququmdan istifadə edərək sosial şəbəkələrdə baş vermiş hadisəyə, fakta əsaslanan şikayətim, tənqidim və obyektiv fikrim nə vaxtdan cinayət və ya mülki məsuliyyəti yaradıb?”

Qeyd edək ki, bağça Heydər Əliyev Fondu tərəfindən inşa edilib. Bağçanın aylıq ödənişi yüksəkdir. İddialara görə, bu bağçaya nəzarət Sabunçu icra başçısı Adil Vəliyevin yaxın adamına tapşırılıb.