İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub. 

Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.


TİA.AZ  “Report”a istinadən xəbər verir ki, X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.

Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş “Zamin Bank”ın rayon filialının rəhbəri tərəfindən borc götürüb qaytarmadığına görə döyülməsi barədə xəbərlər yazılıb.

X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.