backend

İcra başçısının oğlu niyə hədəfdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə müxtəlif saytlarda Masallı Rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlunun Bakıdakı 

avtosalonların birinə hücum etməsi ilə bağlı xəbərlər yayılmışdı. 

Bir neçə gün öncə müxtəlif saytlarda Masallı Rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlunun Bakıdakı 

avtosalonların birinə hücum etməsi ilə bağlı xəbərlər yayılmışdı.

 Xəbərdə  Şəhriyar Hüseyinzadənin  polis olduğu üçün heç bir məsuliyyətə cəlb olunmadığı və s. kimi yalan faktlar öz əksini tapmışdı. 

Amma elə həmin ərəfədə Şəhriyar Hüseynovun İtaliyada olduğu üzə çıxdı. 

Beləki, idmançı Şəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində keçirilən “Kungfu-Sanda” üzrə dünya çempionatında 90 kiloqram çəki dərəcəsində 18 nəfər arasında ikinci yeri tutub. 

Şəhriyar Hüseynzadə finalda Fransalı idmançıya uduzaraq gümüş medala layiq görülüb.  Xatırladaq ki, Azərbaycan bayrağını İtaliyada yüksəyə qaldıran Ş. Hüseynzadə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseyinovun oğludur. 

O, Neftçala Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtariş üzrə əməliyyat müvəkkili, polis leytenantıdır. 

Göründüyü kimi ölkədən xaricdə Azərbaycan idmanını ləyaqətlə təmsil edən idmançımız  sifarişli yazıların qurbanına çevrilib. 

Qeyd edək ki, Ş .Hüseynzadə iki dəfə Bakı çempionu, 3 dəfə isə Respublika çempionu olub. Avropada gənclər arasında keçirilən yarışlarında bürünc mükafata layiq görülüb. 

Daha sonra təhsili ilə əlaqədar idman fəaliyyətimə bir müddət fasilə verib. 4 ildir ki, yenidən idman sahəsinə- “Kungfu-Sanda” , “Uşu- Sanda”ya qayıdıb. “Kungfu” idaman növü ürzə Respublika birinciliyinə də yüksəlib.

 

Lakin onun haqqında yalan-böhtan xəbərlər dərc edən saytlar nədənsə, bu faktları görməzdən gəlirlər. Azərbaycan idmanını 

Avropada təmsil edən idmançı  bəzi saytların qarayaxma hədəfinə çevrilib. 

Məlumdur ki, həmişə Masallı rayonunda sabitliyi pozmaq istəyən ənənəvi qüvvələr var. Elə bunun nəticəsidir ki, icra başsının oğlu məhz bu sabitliyi pozmaq istəyən ənənəvi qüvvələrin səyi nəticəsində qarayaxmanın qurbanına çevrilir.

Onlar mətbuata müəyyən təsirlər edərək, bu tipli  qərəzli materialların yayılmasına nail olurlar.  Onlar bu cılız yazılarla icra başçısı və onun oğlu barədə mənfi imic yaratmaq niyyəti güdürlər. 

Bu insanlarda məntiq o qədər kasaddır ki, onlar Avropada olan idmançının, Bakıda avtoşluq etdiyini və ya hansısa avtosalona hücum etdiyini asanlıqla uydurub yazdıra bilirlər. Elə videodan göründüyü kimi orda heç bir görüntü filan yoxdu. Sadəcə hansısa maşının videosu çəkilib və şəkilən bu video görüntünü icra başsının oğlunun adına yapışdırmağa cəhd edirlər. Əgər həmin videoda İcra başsının oğlu Şəhriyara aid bir fakt vardısa niyə göstəriləmir o videoda?!..Göstərilə bilməz…

Ona görə ki, Şəhriyarın Avropada olması və ölkəmizi layiqincə təmsil etməsi faktı onların bu çirkin kampaniyanısını da fiaskoya uğratdı.

Nüşabə