Gədəbəy İcra Hakimiyyətinin ötən həftə açıqladığı tenderin nəticəsi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, söhbət Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsində olan avtomobil qarajlarında, inzibati binanın arxasında və qonaq evinin həyətində əsaslı təmir işlərinin satın alınmasından gedir.
Dəyəri 198.421 manat olan tenderin nəticələrinin ləğv olunmasının səbəbi İcra Hakimiyyətinin “Dövlət satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsinin tələblərini pozmasıdır.
Xatırladaq ki, Gədəbəyin icra başçısı Orxan Mürsəlovdur. O, medianın yaddaşında “məni yaxından çəkin, yaraşıqlı düşüm” sözləri ilə yadda qalıb.